Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirləri 1,359 milyard manat, qaz nəqlinin həcmi isə 20,260 milyard kubmetr təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə magistral qaz kəmərlərinin fəaliyyətindən əldə edilən gəlirlər 654,4 min manat və ya 0,05%, qaz nəqlinin həcmi isə 280,2 milyon kubmetr və yaxud 1,4% azalıb.
Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər ötən ilin müvafiq dövrünə nisbətən 1,7 milyon kubmetr və ya 7,1% artaraq 25,5 milyon kubmetr təşkil edib.