Bakı. Trend:
Bu ilin yanvar–iyul aylarında Azərbaycandan İrlandiyaya 331,5 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri 174,3 milyon ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici məbləğ baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 120,1 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcmi baxımından isə 245,5 milyon ton və ya 3,8 dəfə çoxdur.
Ötən ilin birinci yarısında Azərbaycandan İrlandiyaya 331,5 milyon ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilib və bunun dəyəri 174,3 milyon ABŞ dolları olub.
Cari ilin yanvar–iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28,8418 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,25 faiz çoxdur.
Bu məbləğin 15,2 milyard dolları ixracın, 13,6 milyard dolları isə idxalın payına düşüb. Beləliklə, illik müqayisədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Nəticədə xarici ticarət üzrə müsbət saldo 1,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,3 dəfə azdı