Bakı.Trend:
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Trend AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 4-də Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.