...

Azərbaycan ərazisindən keçən dəhlizlərdən əldə olunan gəlirlər azalıb

İqtisadiyyat Materials 25 Avqust 2025 18:12 (UTC +04:00)
Azərbaycan ərazisindən keçən dəhlizlərdən əldə olunan gəlirlər azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldə olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 5,6% azdır.

Hesabat dövründə Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu ilə yük daşımalarından gəlirlər 163,922 milyon manat təşkil edib. Bu, bir il əvvəlki göstəriciyə nisbətən 16,396 milyon manat və ya 9,1% azdır.

Eyni zamanda hesabat dövründə dəniz nəqliyyatı üzrə daşımalardan əldə edilən gəlirlər isə illik müqayisədə 1,012 milyon manat və ya 1% çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7,120 milyon ton, dəniz nəqliyyatı ilə 3, 752 milyon ton, avtomobil nəqliyyatı ilə isə 5,307 milyon ton yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti