...

Samur gömrük postunda 74 yük maşını var - AYNA

İqtisadiyyat Materials 25 Avqust 2025 15:16 (UTC +04:00)
Samur gömrük postunda 74 yük maşını var - AYNA
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 200 avtomobil gözləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 18, Mazımqara gömrük postunda 10, Samur gömrük postunda 74 yük maşını var.

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 75-dir.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti