Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 17,394 milyard manat olub.
Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz azaraq 9,609 milyard manata, qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7,785 milyard manat olub.
Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,0 faiz artıb. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.