...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından gəlirlər açıqlanıb

İqtisadiyyat Materials 26 Avqust 2025 10:45 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 1,978 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 209,6 milyon manat və ya 9,6% azdır.

Cari ilin birinci yarısında hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 1,109 milyard manat olub ki, bu da ötən ilin ilk 6 ayındsakı göstəriciyə nisbətən 179,1 milyon manat və ya 13,9% azdır.

Hesabat dövründə əldə olunan gəlirin əsas hissəsi - 1,108 milyard manatı beynəlxalq yük daşımalarının, digər hissəsi - 532,4 min manatı isə daxili yük daşımalarının payına düşüb. Bunlar da ötən ilin eyni dövründəki göstəricilərlə müqayisədə müvafiq olaraq 179,1 milyon manat və ya 13,9%, 162,4 min manat və yaxud 23,4% azdır.

Bu ilin ilk 6 ayında hava nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 869,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,3 milyon manat və ya 3,4% azdır.

Gəlirlərin əsas payı - 831,3 milyon manatı beynəlxalq sərnişin daşımalarının (4,6% azalma), digər hissəsi isə - 38,1 milyon manatı (34,5% azalma) daxili daşımaların düşüb.

Cari ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yük daşımalarının həcmi 187,6 min ton (10,5% azalma), sərnişin daşımalarının həcmi isə 1,9 milyon nəfər (2,6% artım) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti