...

Tramp Cənubi Koreyadan hərbi bazanı ABŞ-nin mülkiyyətinə verməsini xahiş etmək istəyir

Dünya xəbərləri Materials 26 Avqust 2025 00:50 (UTC +04:00)
Tramp Cənubi Koreyadan hərbi bazanı ABŞ-nin mülkiyyətinə verməsini xahiş etmək istəyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Seuldan Koreya Respublikasında icarəyə götürülmüş böyük hərbi bazanın mülkiyyət hüququnu Amerika tərəfinə təhvil verməsini xahiş etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə cənubi koreyalı həmkarı Li Çje Myonqla görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Və bəlkə də etmək istədiyim işlərdən biri ondan xahiş etməkdir ki, bizim böyük bir qalamız olan torpağın mülkiyyət hüququnu bizə təhvil versinlər", - deyə o bildirib.

O izah edib ki, söhbət böyük hərbi bazadan gedir. Vaşinqton administrasiyasının rəhbəri qeyd edib: “Mən görmək istərdim ki, biz icarədən qurtula biləcəyik, nəhəng hərbi bazanın yerləşdiyi əraziyə sahib çıxacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti