...

Naxçıvanda elektrik veriliş xətləri üzrə 7 milyon manatlıq işlərə başlanılır

İqtisadiyyat Materials 10 Dekabr 2025 10:03 (UTC +04:00)
Naxçıvanda elektrik veriliş xətləri üzrə 7 milyon manatlıq işlərə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda elektrik veriliş xətləri üzrə müvafiq işlərə başlanılır.

Trend-in məlumatına görə, 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik veriliş xətlərinin kabel xətləri ilə əvəzlənməsi işləri aparılacaq.

Belə ki, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum qeyd olunan işlərin 6,998 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti