...

Əməyin mühafizəsi qaydaları cəza kimi ictimai işləri yerinə yetirən şəxslər üçün də tətbiq ediləcək

Cəmiyyət Materials 9 Dekabr 2025 23:49 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerlərinin siyahısı genişləndiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları mütləq inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə yetirən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti