...

Xaçmazın Köhnə Xudat kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Gündəm Materials 9 Dekabr 2025 19:19 (UTC +04:00)
Xaçmazın Köhnə Xudat kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində səyyar qəbul keçirib.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xudat, Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər, həmçinin kənddaxili yolların təmiri, qaz təchizatının bərpası və məktəb binasının əsaslı təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti