...

Kamboca-Tailand münaqişəsi – 50 mindən çox insan məcburi köçkün düşüb

Dünya xəbərləri Materials 9 Dekabr 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandla yenidən alovlanan münaqişə fonunda Kambocada əlli minə yaxın insan öz yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca İnformasiya Nazirliyi məlumat yayıb.

“Tailand hərbçiləri və mülki vətəndaşları tərəfindən həyata keçirilən hərbi hücumlara görə, 4 əyalətin sakinləri qaçmaq və təhlükəsiz rayonlara yerləşmək məcburiyyətində qalıblar. Məcburi kökçünlərin sayı 16 568 ailə və ya 54 550 nəfərdən ibarətdir”,- deyə bəyanatda qeyd olunur.

Nazirliyin məlumatına görə, 9 dekabr tarixində Tailand silahlı qüvvələri Pousatın qərb bölgəsində yerləşən mülki yaşayış ərazilərini atəşə tutub. Bildirilir ki, tailandlı hərbçilər hücum zamanı artilleriyadan – 105 mm və 155 mm çaplı mərmilərdən istifadə ediblər. Khmer Times qəzetinin yazdığına görə, Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları həmçinin Oddar-Miençey vilayətinin inzibati mərkəzi olan Samroung şəhərinə bombalar atıblar. Döyüş təyyarələrinin hücumu nəticəsində binalar və infrastruktur obyektləri dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti