...

ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozunu artırıb

Dünya xəbərləri Materials 9 Dekabr 2025 23:59 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün "Brent" markalı xam neftin qiymət proqnozunu bir barel üçün 68,76 dollardan 68,91 dollara qaldırıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnoz məlumatlarında bildirilib.

Nazirliyin hesablamalarına görə, noyabr ayında Brent neftinin orta qiyməti 64 dollar/barel təşkil edib, halbuki oktyabr ayında bu rəqəm 65 dollar/barel, 2024-cü ilin noyabr ayında isə 75 dollar/barel olub.

EIA analitikləri həmçinin 2026-cı ildə "Brent" markalı neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 54,92 dollardan 55,08 dollara qədər artırıblar.

"Biz proqnozlaşdırırıq ki, "Brent" markalı neftinin qiymətləri 2026-cı ilin birinci rübündə orta hesabla bir barel üçün 55 dollara düşəcək və ilin sonuna qədər bu səviyyəyə yaxın qalacaq", - deyə hesabatda bildirilib.

Xəbər lenti

Xəbər lenti