Bakı. Trend:
ABŞ administrasiyası Kiyevə Ukrayna böhranının həlli ilə bağlı ABŞ planına razılaşmaq üçün məhdud vaxt verib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.
"Danışıqlarla tanış olan rəsmi şəxslər bildiriblər ki, ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Volodimir Zelenskiyə Ukraynanın ABŞ-ın müəyyən edilməmiş təhlükəsizlik zəmanətləri müqabilində ərazi itkilərini tanımasını tələb edən sülh sazişini qəbul etməsi üçün günlər veriblər", - deyə nəşr bildirib.
Məlumata əsasən, V.Zelenski avropalı tərəfdaşlarına bu tələbin çərşənbə günü ABŞ Prezidentinin elçisi Stiv Uitkovla prezidentin kürəkəni Cared Kuşner arasında keçirilən söhbət zamanı irəli sürüldüyünü bildirib.