...

Yaponiyada baş vermiş zəlzələdə azı 30 nəfər yaralanıb

Dünya xəbərləri Materials 9 Dekabr 2025 13:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Yaponiyanın Aomori prefekturası ətrafında baş verən və tsunami xəbərdarlıqlarına səbəb olan 7,5 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanay Takaiçi açıqlama verib.

Baş nazir seysmik aktiv bölgələrdə yaşayan sakinləri zəlzələ ilə bağlı xəbərdarlıqlıarı 1 həftə ərzində yaxından izləməyi tövsiyyə edib.

“Normal sosial-iqtisadi fəaliyyətlərinizi davam etdirərkən, çevrənizdəki təhlükəsiz təxliyə zonalarını və yollarını öyrənin, aşma riski olan mebellərin mövqeyini möhkəmlədin və gündəlik zəlzələ hazırlıqlarınızı davam etdirin. Həmçinin təxliyəyə hazır olun”-, deyə Baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti