...

Xarici diplomların tanınması dayandırılır

Cəmiyyət Materials 9 Dekabr 2025 17:53 (UTC +04:00)
Xarici diplomların tanınması dayandırılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır:

"Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq. Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti