Bakı. Trend:
Quba rayonunda 3,3 maqnitudasında zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, təbiət hadisəsi yerli vaxtla saat 22:18-də, Quba stansiyasından 19 km şimalda qeydə alınıb.
Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
