...

Paytaxtda oğurluq edən kürəkən saxlanılıb

Hadisə Materials 9 Dekabr 2025 16:55 (UTC +04:00)
Paytaxtda oğurluq edən kürəkən saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Trend-in məlumatına görə, polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib.

Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti