...

BVF Pakistana 1,2 milyard dollar həcmində kredit ayıracaq

Dünya xəbərləri Materials 9 Dekabr 2025 13:43 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə günü Pakistana 1,2 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunan maliyyə tranşı ölkəyə son illərin ən ağır iqtisadi böhranlarından birindən çıxış yolunu tapmaq məqsədilə gerçəkləşib.

BVF-nin yaydığı bəyanatda bildirilib ki, Fondun rəyasət heyəti Pakistanın iqtisadi proqramlarının iki icmalını tamamlayıb, əsas kredit mexanizmi çərçivəsində təxminən 1 milyard dollar əsas kredit və iqlimlə bağlı proqram çərçivəsində ayrıac olaraq 200 milyon dolların verilməsini təsdiqləyib.

Son təsdiq daxil olmaqla Pakistan keçən ildən bəri BVF-dən ümumilikdə təxminən 3,3 milyard dollar vəsait alıb. İslamabad razılaşdırılmış şərtlərə əməl etdikdə, nəzərdə tutulan vəsaiti 37 ay ərzində hissəli tranşlar şəklində alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti