Bakı. Trend:
"Yelo Bank" investisiya imkanlarını daha əlçatan etmək üçün
sevilən kampaniyasını geri qaytarır. 9–24 dekabr tarixləri arasında
"Yelo Invest" platformasında “Komissiyasız alış günləri” keçirilir.
Bu müddətdə həm yeni başlayan, həm də təcrübəli investorlar 10 ABŞ
dollarından yuxarı istənilən səhm və ETF-i komissiya ödənişi
olmadan ala biləcəklər.
İnvestorların rahatlığı üçün "Yelo Invest"də limit sifarişi
funksiyası da mövcuddur. Bu üstünlük sayəsində investorlar almaq və
ya satmaq istədikləri qiyməti özləri müəyyən edə bilirlər. Səhmin
və ya ETF-in qiyməti seçilən həddə çatdıqda sistem əməliyyatı
avtomatik həyata keçirir. Beləliklə, bazarı izləməyə ehtiyac qalmır
– qərarı investor verir, icrasını isə sistem təmin edir.
Hesab açmaq üçün filiala gəlməyə ehtiyac yoxdur. Saniyələr içində
"Yelo App"də ödənişsiz investisiya hesabı açaraq gün ərzində 16
saatlıq ticarət imkanından yararlanmaq və 14 mindən çox alətə
yatırım etmək mümkündür.
Yeni il yeni başlanğıclar deməkdir – öz gələcəyinə yatırım etmək
üçün komissiyasız alış günlərini dəyərləndir. Yelo Bank investisiya
dünyası ilə maraqlananları Yelo App yükləməyə dəvət edir: https://bit.ly/44kUcc0.
İnvestisiya
nedir və ya investisiyaya aid digər suallarınız var? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!