...

Kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb (FOTO)

Gündəm Materials 9 Dekabr 2025 17:07 (UTC +04:00)
Kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- binanın zirzəmisində aparılan tikinti işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektdə tikinti norma və qaydalarının tələblərinə zidd olaraq yaşayış binasının zirzəmi sahəsində yanğın təhlükəli malların satışı məqsədilə anbar yerləşdirilib;

- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarındakı yanğın təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunaraq bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti