Bakı. Trend:
Türkiyənin mərkəzi İstanbul olmaqla, 6 əyalətində “showbahis.com” adlı qanunsuz mərc oyunları platformasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində, “showbahis.com” adlı qanunsuz mərc oyunları saytı vasitəsilə qanunsuz mərlərin həyata keçirildiyi müəyyən edilib və onun fəaliyyəti ilə əlaqədar olan şübhəlilərə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub.
Əməliyyatın gedişində 20 şübhəli saxlanılıb, ümumilikdə 2 milyar türk lirəsindən çox həcmdə qanunsuz aktiv müsadirə olunub.
Araşdırmalar nəticəsində şübhəlilərin mərc oyunları fəaliyyəti ilə qanunsuz gəlir əldə etdiyi təsdiqlənib.
