...

Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər - Merts

Gündəm Materials 9 Dekabr 2025 23:38 (UTC +04:00)
Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər - Merts

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Berlin hadisələrin gedişatını diqqətlə izləyir.

"Birlikdə sülh prosesini irəli apara bilərik. Əminəm ki, bu təcrübə dünyanın digər yerlərində də faydalı ola bilər. Bu kontekstdə inanıram ki, Avropaya gedən yol açıqdır və əməkdaşlıq bir çox sahələrdə genişlənə bilər", - deyə kansler qeyd edib.

O əlavə edib ki, belə addımlardan biri artıq bu gün atılır və gələcəkdə digərləri də atılacaq.

Xəbər lenti

Xəbər lenti