Bakı. Trend:
Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanı vətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib.
Trend xəbər verir ki, müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərində məhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsini xahiş edib.
O, ödənişi isə sürücü vasitəsi ilə geri gondərəcəyini bildirib.
Lakin məhsul qəbul edildikdən sonra ödəniş olunmayıb və həmin şəxs
mobil nömrəsini deaktiv edərək zərərçəkənlə əlaqəni kəsib. Vətəndaş
etibarından sui-istifadə olunmaqla maddi vəsaitinin ələ
keçirildiyini anlayandan sonra isə bu barədə polisə müraciət
edib.
Polis əməkdaşları tərəfindən qeyd edilən əməli törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı V.Qiyasov müəyyən
olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
