...

Düzgün bağlanmayan əmək müqaviləsi tərəfin təşəbbüsü ilə etibarsız sayılmayacaq

Cəmiyyət Materials 9 Dekabr 2025 17:29 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydasında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilməyəcək.

Mövcud qanunvericiliyə görə, həmin əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə yenidən tərtib edilməsi tələbi qoyula bilər.

Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir.

Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı gündən etibarlı hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti