...

Suriya düzgün istiqamətdə inkişaf edir – Rubio

Dünya xəbərləri Materials 9 Dekabr 2025 13:55 (UTC +04:00)
Suriya düzgün istiqamətdə inkişaf edir – Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hesab edir ki, son bir il ərzində Suriyanın keçid hökuməti ölkədə vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra vacib addımlar atıb. Vaşinqton ərəb dövlətinə sabit dövlətçilik qurmaq yolunda dəstək olmağa hazırdır və etnik-dini azlıqların hüquqlarının təmin olunmasını təmin edən bu prosesdə yardım edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

“Biz Suriyanın keçid mərhələsində rəhbərliyin və xalqın atdığı əhəmiyyətli addımları, həmçinin beynəlxalq tərəfdaşların göstərdiyi dəstəyi görürük. Biz suriyalı xalqın dözümlülüyünü yüksək qiymətləndiririk və azlıqlarını da əhatə edən, qonşuları ilə sülh içində yaşayan sülhsevər və firavan Suriyaya dəstəyimizi təsdiqləyirik,” – deyə Rubio “X” sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Ağ Evin ictimailəşdirdiyi ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Vaşinqtonun Suriyanın stabilliyinə nail olmaq və onu “problem”dən Yaxın Şərqdə konstruktiv oyunçuya çevirmək niyyəti vurğulanırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti