...

İşçi dövlət və ictimai vəzifələrin icrasına cəlb edildikdə iş yeri və maaşı saxlanılmayacaq

Cəmiyyət Materials 10 Dekabr 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

Layihədə sözügedən müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti