...

Tramp Ukraynanı prezident seçkiləri keçirməyə çağırıb

Dünya xəbərləri Materials 9 Dekabr 2025 15:47 (UTC +04:00)
Tramp Ukraynanı prezident seçkiləri keçirməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın prezident seçkiləri keçirməyinin vaxtıdır, ölkə sakinlərinin belə bir seçimi olmalıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yerli KİV-lərə müsahibəsində deyib.

“Çox zaman keçib. Hər şey o qədər də yaxşı deyil. Məncə indi elə əsl seçkilər zamanıdır. Onlar seçkilər keçirməmək üçün müharibədən istifadə edirlər. Hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır”,- deyə Ağ Ev rəhbəri bildirib.

Tramp seçkilərdə hazırkı ölkə başçısı Volodimir Zelenskinin qələbə qazanacağı ehtimalını da istisna etməyib və ölkədə uzun müddətdən bəri seçkilərin keçirilmədiyinə diqqət çəkib:

“Bilirsiniz, onlar demokratiyadan dəm vururlar, bu artıq heç demokratiya deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti