...

Çempionlar Liqasında 6-cı tura yekun vurulur - "Qarabağ" "Ayaks"ı qəbul edəcək

İdman Materials 10 Dekabr 2025 09:36 (UTC +04:00)
Çempionlar Liqasında 6-cı tura yekun vurulur - "Qarabağ" "Ayaks"ı qəbul edəcək

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulacaq.

Trend xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" Bakıda "Ayaks"ı (Niderland) qəbul edəcək. Oyun saat 21:45-də başlayacaq.

Turun ən maraqla gözlənilən oyunlarından biri də Madriddə olacaq. Burada "Real" (İspaniya) "Mançester Siti"ni (İngiltərə) qəbul edəcək.

Hazırda lider olan "Arsenal" (İngiltərə) Belçikada "Brügge"nin qonağı olacaq.

10 dekabr

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

21:45."Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)

21:45."Vilyarreal" (İspaniya) - "Kopenhagen" (Danimarka)

00:00. "Atletik" (İspanaiya) - PSJ (Fransa)

00:00. "Bayer" (Almaniya) - "Nyukasl" (İngiltərə)

00:00. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya)

00:00."Brügge" (Belçika) - "Arsenal" (İngiltərə)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Bodo/Qlimt" (Norveç)

00:00. "Yuventus" (İtaliya) - "Pafos" (Kipr)

00:00 "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti