...

Hansı hallarda hərbi vəzifəlilərin maaşlarının saxlanılacağı dəqiqləşib

Cəmiyyət Materials 9 Dekabr 2025 23:21 (UTC +04:00)
Hansı hallarda hərbi vəzifəlilərin maaşlarının saxlanılacağı dəqiqləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti