Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüşdə süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı, eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanları müzakirə edilib.
Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyi vurğulanıb.
