...

ABŞ qırıcıları Venesuela hava məkanı yaxınlığında uçuşlar həyata keçirib

Dünya xəbərləri Materials 10 Dekabr 2025 04:47 (UTC +04:00)
ABŞ qırıcıları Venesuela hava məkanı yaxınlığında uçuşlar həyata keçirib

Bakı. Trend:

İki Amerika "F/A-18F Super Hornet" qırıcı təyyarəsi Venesuela hava məkanına yaxın uçuşlar həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Flightradar24" aviasiya resursunda qeyd olunub.

Məlumata əsasən, Karib dənizində "USS Gerald Ford" aviadaşıyıcıdan havaya qalxan qırıcı təyyarələr Venesuela körfəzindəki 12 millik dəniz zonasının xaricində təxminən 10-15 km məsafədə uzun müddət uçublar.

Bununla belə, təyyarələr Venesuela hava məkanını pozmayıb.

Xəbər lenti

Xəbər lenti