...

Bu halda işçilərin natamamdan tam iş vaxtına keçirilməsi məcburi olacaq

Cəmiyyət Materials 9 Dekabr 2025 20:02 (UTC +04:00)
Bu halda işçilərin natamamdan tam iş vaxtına keçirilməsi məcburi olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Layihəyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti