...

ENCOTEC Azərbaycanda obyektlərin istismarına dair yeni mühəndislik həllərinin təşviqinə can atır

İqtisadiyyat Materials 9 Dekabr 2025 15:02 (UTC +04:00)
ENCOTEC Azərbaycanda obyektlərin istismarına dair yeni mühəndislik həllərinin təşviqinə can atır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

ENCOTEC “TUV Rheinland” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda obyektlərin istismarına dair yeni mühəndislik həllərinin təşviqinə can atır.

Bunu Trend-ə ENCOTEC – TUV Rheinland Industrial Services UK-nın (TÜV Rheinland şirkətinin, Almaniyanın beynəlxalq təşkilatının sənayedə texniki nəzarət, yoxlamalar, sertifikatlaşdırma və məsləhət xidmətləri üzrə ixtisaslaşmış bölməsi) baş icraçı direktoru Anar Əhmədov bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransı çərçivəsində deyib.

“Hazırda bazarın əksər əsas oyunçuları ilə, o cümlədən SOCAR, SOCAR Downstream, SOCAR Upstream, SOCAR Midstream və həmçinin BP ilə əməkdaşlıq edirik. Fəaliyyətimiz əsasən ənənəvi mühəndislik – sənaye obyektlərinin tikintisi və modernləşdirilməsi üzərində cəmlənib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, konfransda müzakirə olunan mövzu bir qədər fərqlidir:

“Burada obyektlərin istismar mərhələsində mühəndis yanaşmalarının tətbiqindən söhbət gedir. Bu artıq yeni çağırışların yaranması fonunda tikinti deyil, texniki istismar mərhələsidir: yüksək səviyyədə təhlükəsizliyi təmin etməklə aktivləri minimal xərclərlə işlək vəziyyətdə necə saxlamaq olar Azərbaycanda və bizim üçün mühəndislər kimi bu nisbətən yeni praktik sahədir.

Buna görə də bu sahənin ixtisasçısı olan Almaniya şirkəti ilə tərəfdaşlıq çərçivəsində bu yanaşmanı Azərbaycanda təşviq etməyə çalışırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti