Bakı. Trend:
"SpaceX" şirkəti ABŞ Milli Kəşfiyyat İdarəsinin ehtiyacları üçün peykləri daşıyan "Falcon 9" raketini orbitə buraxıb.
Trend-in məlumatına görə, raket Florida ştatının Kanaveral burnundan yerli vaxtla saat 14:16-da buraxılıb. Buraxılışdan bir neçə dəqiqə sonra "Falcon 9"un birinci mərhələsi uğurla yerə enib. Bu texnologiya "SpaceX"ə buraxılış xərclərini azaltmağa imkan verir.
"NROL-77" missiyası "SpaceX"in ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) üçün 2025-ci ildə üçüncü buraxılışıdır. ABŞ kəşfiyyat peyklərinə nəzarət edən agentlik yüksək məxfilik əməliyyatlarını həyata keçirir.