...

TƏBİB Zərdabda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb

Hadisə Materials 9 Dekabr 2025 15:11 (UTC +04:00)
TƏBİB Zərdabda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib:

"Bu gün 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, bu gün səhər saatlarında Zərdabda ağır yol qəzası baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti