Bakı. Trend:
ABŞ-nin neft hasilatı 2026-cı ildə 2025-ci illə müqayisədə sutka əzrində orta hesabla 80 000 barel (barel/sutkada) azalaraq 13,53 milyon barelə düşəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında əks olunub.
Məlumata əsasən, 2025-ci ildə neft hasilatı proqnozu əvvəlki proqnozla müqayisədə 20 min barel/gün artırılaraq 13,61 milyon barelə çatdırılıb.