...

Gəncədə şagirdlərin zəhərlənməsinə görə dönərxananın fəaliyyəti dayandırılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 10 Dekabr 2025 13:27 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur” dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

13:27
xxx

Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti