...

Bu işçilər əmək müqaviləsinə xitam vermək barədə ərizəsini istədiyi vaxt geri götürə biləcəklər

Cəmiyyət Materials 9 Dekabr 2025 18:33 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə biləcək.

Mövcud qanunvericiliyə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti