Bakı. Trend:
ABŞ Sudandakı vətəndaş müharibəsini dəstəklədiyinə görə Kolumbiyadan olan fərdlərə və təşkilatlara sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
"Bu gün ABŞ hökuməti Sudandakı vətəndaş müharibəsinin qızışdırılmasında və onun dağıdıcı nəticələrində rol oynadıqlarına görə dörd şəxsə və dörd quruma sanksiyalar tətbiq edib. Bu şəxslər və qurumlar əsasən Kolumbiya vətəndaşlarından və Kolumbiya şirkətlərindən ibarət transmilli şəbəkənin bir hissəsidir", - deyə Dövlət Departamenti qeyd edib.
Sənəddə qeyd olunub ki, şəbəkə "Sudan Çevik Qüvvələrinin (SÇQ) tərəfində döyüşmək üçün keçmiş Kolumbiya ordusunun şəxsi heyətini cəlb edir və uşaqlar da daxil olmaqla döyüşçülərə təlim keçirir".