Bakı. Trend:
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Layihəyə əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab ediləcək.
