...

Beynəlxalq konsaltinq şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını araşdırır

İqtisadiyyat Materials 9 Dekabr 2025 16:31 (UTC +04:00)
Beynəlxalq konsaltinq şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını araşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Enerji sektoru üzrə ixtisaslaşmış “Velosi Asset İntegrity” beynəlxalq konsaltinq şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını araşdırır.

Trend xəbər verir ki, bunu bu gün şirkətin qlobal satışlar üzrə baş direktoru Entoni Ceyms Uilyams Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, şirkət enerji sektorunun bütün istiqamət və mərhələlərini əhatə edən aktivlərin bütövlüyünün təminatı (asset integrity) üzrə geniş xidmət portfeli təqdim edir.

“Azərbaycan bazarını təhlil edərək görürük ki, burada müəyyən töhfə verə bilərik. Hazırda mümkün tərəfdaşlıq formatları müzakirə olunur. Lakin konkret razılaşmalardan danışmaq hələ erkəndir”, – şirkət nümayəndəsi qeyd edib.

Konfransdan gözləntilərinə toxunan Entoni Ceyms Uilyams bildirib ki, Azərbaycan bazarı hazırda araşdırılır və gələcək fəaliyyətə dair qərarlar nəzərdən keçirilir:

“Konfransın təşkilatçılarını yaxşı tanıyırıq. Artıq üç ildir ki, Türkiyədə TANAP layihəsi çərçivəsində onlarla əməkdaşlıq edirik. Onlar bizi tanıyırlar və bu tədbirdə iştirak etməklə burada hansı imkan və üstünlüklərin yarana biləcəyini görmək istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti