...

Uşaqlı qadınlar və azad edilmiş ərazilərdə çalışanlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

Cəmiyyət Materials 9 Dekabr 2025 22:48 (UTC +04:00)
Uşaqlı qadınlar və azad edilmiş ərazilərdə çalışanlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlarAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək.

Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti