...

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir

Cəmiyyət Materials 10 Dekabr 2025 10:11 (UTC +04:00)
Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir.

Trend xəbər verir ki, tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, KOBİA-nın sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “SOCAR Downstream Management”in baş direktoru Emil Alxaslı, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə çıxış edəcək.

Tədbirdə Üçtərəfli memorandum imzalanacaq.

Daha sonra III Sənaye Təhlükəsizliyi Zirvəsi panel sessiyaları ilə davam edəcək.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti