...

Zərərli, ağır və təhlükəli iş yerlərində çalışanlar əməyin mühafizəsi üzrə təlimatlandırılacaqlar

Cəmiyyət Materials 10 Dekabr 2025 08:30 (UTC +04:00)
Zərərli, ağır və təhlükəli iş yerlərində çalışanlar əməyin mühafizəsi üzrə təlimatlandırılacaqlar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi ilə bağlı qaydalarda dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, zərərli, ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar.

Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi) arasında razılaşmalarla müəyyən ediləcək.

İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə, Əmək Məcəlləsində müəyyən edilmiş konkret (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.) hallarda isə xüsusi jurnallarda aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti