...

TANAP “Şahdəniz” yatağının ikinci mərhələsindən hasil olunan qazın ötürücülük qabiliyyətinin artırılmasıyla bağlı görülməli işləri açıqlayıb (ÖZƏL)

İqtisadiyyat Materials 9 Dekabr 2025 16:26 (UTC +04:00)
TANAP “Şahdəniz” yatağının ikinci mərhələsindən hasil olunan qazın ötürücülük qabiliyyətinin artırılmasıyla bağlı görülməli işləri açıqlayıb (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

TANAP korroziyadan müdafiə ilə bağlı yeni texnologiyalar hesabına boru kəmərlərinin etibarlılığını 70 faizdən çox artırır.

Trend xəbər verir ki, bunu bu gün “Trans-Anatolian Natural Gas Pipeline” (TANAP) layihəsinin texniki xidmətlər üzrə baş meneceri Yavuz Bozdoğan Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, boru kəmərlərini korroziyadan qorumaq və neft-qazın fasiləsiz, uzunmüddətli nəqlini təmin etmək üçün RBI (Risk-Based Inspection – Riskə Əsaslanan Təftiş) üzrə mütəmadi risk qiymətləndirmələri, ACVG və DCVG korroziya nəzarəti üsulları, həmçinin katod mühafizəsi ilə müşayiət olunan monitorinq və daxili nəzarət alətlərindən geniş istifadə olunur.

“Rəqəmlərlə desək, bu texnoloji həllərin tətbiqi fasiləsiz nəqliyyatın etibarlılığını 70 faizdən çox artırır”, – Y.Bozdoğan vurğulayıb.

Onun sözlərinə görə, boru kəmərləri adətən yeraltında yerləşdiyi üçün bu cür müdaxilələr və ölçmələr boru kəmərinin faktiki vəziyyətinin tam nəzarətini və (Condition Monitoring Assessment) vəziyyət qiymətləndirilməsini aparmağa imkan verir.

O qeyd edib ki, müasir monitorinq və korroziyadan mühafizə texnologiyalarının tətbiqi TANAP boru kəməri infrastrukturunun təhlükəsiz və fasiləsiz istismarı üçün əsas amildir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan–Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək daşıyır. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

Genişlənmə çərçivəsində illik ötürücülük gücünün 24 milyard kubmetrə çatdırılması üçün bir neçə əlavə kompressor stansiyasının quraşdırılması tələb olunur. Ümumilikdə ötürücülük qabiliyyətinin 31 milyard kubmetrə qaldırılması üçün yeddi kompressor stansiyasına ehtiyac olacaq.

Hazırda Transanadolu qaz kəməri ilə hidrogen qarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində ola bilər.

TANAP sisteminin nəzərdə tutulan istismar müddəti 2062-ci ilə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti