Bakı. Trend:
Bu gün Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü cənab Boris Tadiç ilə səmimi və məhsuldar görüş keçirdik.
Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13Azerbaijan) hazırlıq məsələlərini müzakirə edərək, Mərkəzin Forumda iştirakının əhəmiyyətini xüsusi ilə vurğuladıq.
Eyni zamanda qarşıdakı tədbirlər, o cümlədən 15-16 yanvar 2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə mümkün birgə təşəbbüslər və əməkdaşlıq barədə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.
