...

ABŞ-da naməlum şəxs universitetdə atəş açıb

Dünya xəbərləri Materials 10 Dekabr 2025 04:06 (UTC +04:00)
ABŞ-da naməlum şəxs universitetdə atəş açıb

Bakı. Trend:

Dekabrın 9-da ABŞ-nin Kentukki ştatı Universitetində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb və şübhəli şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində yazıb.

"Frankfortdakı Kentukki Universitetində baş verən atışmadan xəbərdarıq. Hazırda çoxsaylı xəsarət alanlar barədə məlumat var" - deyə bildirilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları hadisə yerindədir, şübhəli saxlanılıb".

Hadisənin səbəbləri və zərərçəkənlərin sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti