...

Avstraliyada uşaqlara və yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib

Dünya xəbərləri Materials 10 Dekabr 2025 08:09 (UTC +04:00)
Avstraliyada uşaqlara və yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib

Bakı. Trend:

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə ölkənin internet tənzimləyicisi (eSafety) xəbər verib.

Məlumata əsasən, ölkədə fəaliyyət göstərən sosial media platformaları dekabrın 10-dan etibarən uşaq və yeniyetmələrin hesablarını deaktiv etməlidirlər.

"Bu gündən [10 dekabr] etibarən sosial media məhdudiyyətləri qüvvədədir. Sosial media hesabına sahib olmaq üçün istifadəçilər 16 yaş və ya daha yuxarı olmalıdırlar və bu da inkişaflarının kritik mərhələsində olan gənc avstraliyalılar üçün onlayn təhlükəsizliyi təmin edəcək", - deyə qeyd olunub.

"eSafety" qadağaların Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube-a şamil edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti