...

İndoneziyada ofis binasında yanğın: itki sayı 20 nəfərə çatıb

Dünya xəbərləri Materials 9 Dekabr 2025 15:15 (UTC +04:00)
İndoneziyada ofis binasında yanğın: itki sayı 20 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli ofis binasında baş verən yanğında həlak olan insanların sayı 20-ə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölənlərdən beşi kişi, on beşi qadındır. Hadisə yerinə çox sayda yanğınsöndürmə və təbili tibbi yardım briqadaları səfərbər olunub.

Yanğın qurbanlarının çoxunun dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Yanğının artıq nəzarət altına alındığı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti